Hər il milyonlarla tələbə Avropada təhsil alır. Avropa digər ölkələrdən və qitələrdən gəlib yaxşı təcrübə və bilik əldə etmək üçün optimal variantdır.
- Avropada təhsil: karyeranızın inkişafı
Beynəlxalq təcrübə son illərdə getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Həm böyük, həm də kiçik şirkətlər “comfort zona”sını tərk edən tələbələri işə cəlb etməkdə maraqlıdırlar. Bir çox Avropa universitetləri xarici məzunların universitetdən sonra qalmaları üçün səy göstərirlər. Bu o deməkdir ki, Avropada təhsil almaq qərarına gəlsəniz, iş təklifi almaq və daha uzun müddət qala bilmə şanslarınız çoxdur.
- Avropa dünya səviyyəli təhsil və tədqiqat təklif edir
Dünyanın ən yaxşı universitetlərinin çoxu Avropada yerləşir və bu universitetlərinin bir çoxunun bir-biri ilə yaxın əməkdaşlığı mövcuddur.
- Təhsil seçimlərinin geniş çeşidi
Avropada müxtəlif ingilis dilində təhsil proqramı təklif edən minlərlə universitet var. İncəsənətdən biologiyaya qədər hər hansı bir akademik proqramlar tapa bilərsiniz.
- Təhsil haqqı azdır
ABŞ, Kanada və ya Avstraliya kimi ölkələrlə müqayisədə Avropanın əksər dövlət universitetlərində təhsil haqları çox aşağıdır. Bəzi Avropa ölkələrində təhsil haqqı belə yoxdur – universitetdə təhsil pulsuzdur! Təhsil aldığınız müddətdə çox sayda təqaüd və digər maliyyə imkanları da mövcuddur
- Bütün qitəni gəzib kəşf etmək asandır
Avropada oxuduğunuz zaman bir ölkədən əlavə daha çox ölkəni görmək şansından istifadə edə bilərsiniz. Avropa Birliyi ölkələri arasında səyahət xidmətlətinin və biletlərinin az olması da sizə bu məsələdə kömək edəcək.
Əgər Avropanın Şengen bölgəsində təhsil alan bir Avropa vətəndaşı deyilsinizsə, asanlıqla Şengen bölgəsinin digər ölkələrinə getməyinizə imkan verən tələbə vizası əldə edə bilərsiniz. Kampusdan belə uzaqda qazana biləcəyiniz bütün böyük təcrübələri düşünün.
- İngilis dilində təhsil ala bilərsiniz
Yalnız İngilis dilində seçim edə biləcəyiniz bir neçə min bakalavr və magistr proqramları var. Əksər Avropa ölkələrində ingilis dilində bilik ümumiyyətlə çox yüksəkdir