BE group şirkəti qəbul prosesini apardığı müştəriləri üçün Türkiyədə qarşılama xidməti də təklif edir. Bundan əlavə siz rahatlıqla yataqxanaya müraciətinizi bizimlə edə bilərsiniz. Yataqxanada qalmaq istəməyən müraciətçilər üçün yaşayış evlərinin axtarışı da BE group şirkəti tərəfindən təklif edilir.
Kategori: Üstünlüklərimiz
Sağlamlıq sığortasının alınması
Təhsilini xaricdə davam etdirən şəxslər sağlamlıq sığortası üçün müraciət etməlidirlər. Bu müraciəti BE group mütəxəssislərinə həvalə edərək heç bir yerə getmədən əldə edə bilərsiniz.
Türkiyədə “oturum izni” üçün müraciətin edilməsi
Universitet qeydiyyatını uğurla tamamlamış müraciətçilər sonradan səfirlik və miqrasiya məsələləri ilə bağlı sənədləşmə və müraciət işlərini aparmalıdırlar. Bu müraciətlər xüsusi zamanlama və hazırlıq tələb etdiyi üçün BE group mütəxəssisləri nəzarətində aparılması tövsiyyə edilir.
Universitetə getmədən universitet qeydiyyatının aparılması
Universitet qəbulu almış müraciətçilər qısa zamanda qeydiyyat üçün universitetə lazım olan rəsmi sənədlər ilə müraciət etməlidirlər. Bu cür müraciətlər BE group şirkəti tərəfindən universitetə getmədən də edilə bilir. Qeydiyyatınızı aparmaq üçün isdənilən zaman BE group xaricdə təhsil şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Universitetdən qəbul məktubunun alınması
Universitet qəbulu haqqında məktubun alınması müraciətçinin qəbul olması və qeyd edilən zamandan etibrən təhsilinə start verməsi haqqında rəsmi sənəddir. Bu sənəd həm miqrasiya prosesləri çərçivəsində həm də universitet qeydiyyatı zamanı mühüm əhəmiyyət kəsb edir. Universitetlərə müraciət etmək və qəbul məktublarını qısa zamanda əldə etmək üçün vaxt itirmədən BE group xaricdə təhsil şirkətinə müraciət edin
CV-lərin və Referansların hazırlanması
Hər bir universitetə müraciət etdikdə ilkin tələb olunan sənədlər içərisində siz Referans məktubu və CV nümunəsinin əlavə edilməsi üçün xüsusi punktlar görəcəksiniz. Bu cür sənədlər bəzən xüsusi formalarda müraciətçinin doldurulması üçün də təqdim edilə bilir. Bu punktların sizin qəbulunuz üçün bəzən çox mühüm rol oynadığı üçün və həmçinin, doldurulma qaydalarının müxtəlifliyini nəzərə alaraq BE group …
İstənilən dövlət və özəl universitetlərinə limitsiz sayda müraciət
Türkiyədə universitetlər özəl və dövlət olaraq iki hissəyə bölünür. Bu universitetlər və onların təklif etdiyi proqramlar haqqında tövsiyyələrimizi hər zaman bizimlə əlaqə saxlayaraq öyrənə bilərsiniz. Universitetlərin qəbul prosesləri də bir qayda olaraq fərqləndiyi üçün müraciətlərinizi BE group mütəxəssislərinin dəstəyi ilə etməyinizi tövsiyyə edirik.
İxtisas seçimi və bununla bağlı tövsiyələrin verilməsi
Türkiyə universitetlərində hər sahə üzrə müxtəlif ixtisaslar mövcuddur. Dünya üzrə ən son yaranmış və ən çox axtarılan ixtisasları siz BE group vasitəsi ilə öyrənə bilərsiniz. Əgər hələdə ixtisas seçə bilməmisinizsə və hansı ixtisası seçəcəyinizdən tam əmin deyilsinizsə o zaman BE group mütəxəssisləri sizə bu mövzuda kömək etməyə daim hazırdır
Müraciət üçün sənədlərin hazırlanması
Son İllərdə Türkiyə universitetlərinin qəbul prosedurlarında bəzi dəyişikliklər reallaşdı. Hər bir universitetin öz qəbul şərtləri, tələb etdiyi sənədlər var. BE group olaraq istənilən universitet üçün hansı sənədlərin lazım olduğunu tam və dolğun şəkildə müştərilərimizə bildirərək bu mövzuda da xidmət göstəririk .