Tezli və Tezsiz magistr nədir?

Tezli magistr nədir və kimlər üçündür?

Tezli magistr əsasən akademik kariera düşünənlər üçündür. Əgər gələcəkdə doktorantura təhsili almaq istəyirsizsə mütləq tezli magistr oxumalısız. Çünki, yalnız tezli magistrla doktoranturaya keçid mümkündür. Bundan əlavə qeyd edək ki, dərslər yalnız əyani və əsasən gündüz növbəsində keçirilir. Dərs prosesi demək olar nəzəriyyə üzərində qurulur.

Təhsil müddəti minimum iki il olmaqla bərabər lazım gəldiyi təqdirdə üç ilə qədər uzadıla bilər. Məzun olmaq üçün ən az 100 səhifədən çox dissertasiya mövzusu işlənməlidir.

Tezsiz magistr nədir və kimlər üçündür?

Tezsiz magistr əsasən təhsil həyatını magistr səviyyəsi ilə yekunlaşdırmaq istəyənlər üçündür. Əgər gələcəkdə daha yuxarı təhsil pilləsi barədə – məsələn doktorantura və.s düşünmürsüzsə, təhsilinizi başa vurub iş həyatına atılmaq, karieranızı qurmaq istəyirsizsə tezsiz magistr sizin üçündür.

Hər şeydən əvvəl qeyd edək ki, tezsiz magistr təhsilinin müddəti 1.5 ildir. Ancaq lazım gələrsə bir ilə də məzun olmaq mümkündür. Dərslər əsasən axşam növbəsində keçirilir. Tədris prosesi demək olar praktik yönümlü olur. Bu, dərsi, aid olduqları sahədə aktiv çalışan insanlardan alacağınız mənasına gəlir. Məzuniyyət mərhələsinə gəldikdə isə tezsiz magistr təhsili alanlar adından da aydın olduğu kimi 100+ səhifə tezis yazmırlar. Onun yerinə 60-70 səhifəlik təqdimat – “proje” ilə diplomu əldə edirlər.

Bunlar da hoşunuza gidebilir...

Popüler Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.